Ermənistan parlamentinin spikeri Alen Simonyan İstanbulda Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Görüş Parlamentlərarası İttifaqının (PAİ) 152-ci Assambleyası çərçivəsində İstanbulda keçirilib.
Alen Simonyan türkiyəli həmkarının Gürcüstan parlamentinin sədri ilə görüşdə səsləndirdiyi təklifdən məmnunluğunu ifadə edib.
Tərəflər bu təşəbbüsün həyata keçirilməsi ilə bağlı digər detalları da müzakirə ediblər.
Qeyd edək ki, Numan Kurtulmuş Ermənistanı Türkiyə–Gürcüstan–Azərbaycan formatına daxil etməyi, regionda sülhün və sabitliyin inkişafına töhfə verməyi təklif edib.