Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, Fazil Nəhmətovun idarə etdiyi “Volkswagen” markalı, 99 NM 092 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən qadını vurub.
İdarəetməni itirən sürücü piyadanı vurduqdan sonra onun üstündən keçib. Təxminən 30-35 yaşlarında olan qadın hadisə yerində ölüb.
Məlum olub ki, qəzanı törədən sürücü F.Nəhmətov Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun müdiridir.
F.Nəhmətov APA-ya açıqlamasında faktı təsdiqləyib.
Ölənin şəxsiyyəti dəqiqləşdirilir.
Əraziyə Abşeron Rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub, araşdırma aparılır.
Qeyd edək ki, Report səhər saatlarında avtomobilin övladını məktəbə yola salan qadını vuraraq öldürdüyü barədə məlumat verib.