Tanınmış jurnalist, “Ölkə.Az”-ın əməkdaşı Natiq Allahverdiyevin oğlu Alpər Allahverdiyev Yeni Yasamalda evlərinin qarşısında sahibsiz itlərin hücumuna məruz qalıb.
Natiq Allahverdiyevin sözlərinə görə, hadisə oktyabrın 30-da axşam 19.00 radələrində oğlu məşğələdən evə qayıdarkən baş verib.
“Alpər səkkizə işləmiş evə qayıdarkən evin qarşısında sahibsiz itlər ona hücum edib. Üstünə cuman itdən qorxub yıxılan oğluma daha 3 it hücum edib. Hadisə insanların gözü qarşısında baş verib. Ətrafdakılar dərhal Alpəri itlərin pəncəsindən xilas ediblər. Uşaq ciddi yara xəsarəti almasa da, çox pis qorxub”, - deyə N. Allahverdiyev bildirib.
Qeyd edək ki, bu, son illərdə baş verən neçənci analoji hadisədir. Məsələ ictimailəşəndə müvafiq qurumlar problemlə bağlı tədbir görəcəklərini bəyan etsələr də, verdikləri vədə əməl etmirlər.