Zəncirvari qəza: Yaralılar var

Tovuzda 4 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari qəza baş verib.

APA -nın yerli bürosunun xəbərinə görə, qəza Bakı-Qazax yolunun Tovuz rayonundan keçən hissəsində qeydə alınıb.
“VAZ 2106”, “VAZ 2107” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.