Türkiyənin Arnavutköy bölgəsində, meşəlik ərazidə insan kəlləsi tapılıb. Xəbərdarlıq üzərinə hərəkətə keçən qruplar kəllənin kimə aid olduğunu müəyyən etmək üçün işə başlayıb.
Sherg.az xəbər verir ki, hadisə ötən gecə Arnavutköy Hacımaşlı məhəlləsindəki tarlada baş verib.
Məlumata görə, meşəlik ərazidə gəzənlər insan kəlləsi tapıblar və vəziyyəti polisə xəbər ediblər. Hadisə yerinə gələn qruplar ərazidə təhlükəsizlik tədbirləri görüb. Qrupların işindən sonra kəllə Ədli Tibb Təşkilatına göndərilib.