Bərdədə qeysəriyyə əməliyyatından sonra ana ölümü baş verib

Bərdədə qeysəriyyə əməliyyatından sonra ana ölümü qeydə alınıb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə gecə saatlarında Bərdə Mərkəzi rayon xəstəxanasının Doğum şöbəsində baş verib. Xəstəxanaya gətirilən rayon sakini Firuzə Qaçaylı qeysəriyyə əməliyyatından sonra ölüb.

37 həftəlik hamiləlikdən doğulan oğlan uşağının həyati təhlükəsinin olmadığı bildirilir.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.