48 yaşlı kişi həyətində yıxılaraq öldü

Bakının Qaradağ rayonunda 48 yaşlı kişi yıxılaraq ölüb.

Axar.az xəbər verir ki, Lökbatan qəsəbə sakini, 1978-ci il təvəllüdlü Sərvan İsfəndiyar oğlu Məhərrəmov yaşadığı evin həyətində yıxılaraq ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.