Salyanda baş verən bıçaqlanma hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Lent.az -a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Belə ki, noyabrın 1-i saat 12 radələrin Salyan rayonu ərazisində 1983-cü il tevelludlu İlahə Hüseynovanın üzərində bıçaq xəsarətli olan meyitinin yasadığı evdə aşkar olunması faktı ilə bağlı daxil olmuş məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib. İlkin istintaqla hadisənin zərərçəkmişin həyat yoldaşı 1982-ci il təvəllüdlü Salyan rayon sakini Nahid Huseynov tərəfindən ailə münaqişəsi zəminində bıçaqdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib. N.Huseynov şübhəli şəxs qismində istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.