Türkiyədə kütləvi zəhərlənmə qeydə alınıb



Türkiyənin Afyonkarahisar vilayətində dönərdən zəhərlənməsi şübhəsi ilə 67 nəfər xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, onlar hamısı yerli universitetin tələbəsidir. Zəhərlənən tələbələrdə ürək bulanması və qarın ağrısı müşahidə edilib.

Afyonkarahisar vilayətinin Əkinçilik və Meşəçilik İdarəsi dönərin nümunələrini götürüb.

Hadisə ilə əlaqədar araşdırma aparılır.