Son dəqiqə... Avtobus dayanacağa girdi, sürücü qaçaraq dənizə atılıb



İstanbulun Beşiktaş meydanda bir avtobus dayanacağına girib. İlkin məlumatlara görə, dayanacaqda gözləyən 9 sərnişin yaralanıb.




Sherg.az türk mediasına istinadən xəbər verir ki, avtobusda 3 nəfəri bıçaqladıqdan sonra avtobusu dayanacağa çırpan, daha sonra qaçaraq dənizə atıldığı irəli sürülən sürücü nəzarətə alınıb.
Hadisə yerinə polis və sağlamlıq qrupları çağırılıb. Sağlamlıq qrupları, ilk müdaxilədən sonra yaralıları xəstəxanalara aparıb.

Turan