Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəb şagird ölümü ilə bağlı məlumat yayıb.
Məktəbdən Oxu.Az-a verilən məlumata görə, məktəbin birinci sinif şagirdi Xədicə Hətəmlinin bu gün 12:30 radələrində halı pisləşib və qıcolma keçirib:
“Hadisə zamanı şagirdin nənəsi, müəllimi və məktəbin tibb bacısı yanında olub.
Məlumat üçün bildiririk ki, şagird epilepsiya xəstəliyi olduğu üçün nənəsi hər zaman şagirdlə dərsə gəlir, onu gözləyir, tənəffüs müddətində onu yedizdirirmiş. Şagird xəstəxanaya çatdırılanadək yolda vəfat edib”.
Qeyd edək ki, Gəncə şəhər 16 nömrəli orta məktəbin birinci sinif şagirdi Xəticə Rəhim qızı Hətəmli sinif otağında anidən huşunu itirib və yerə yıxılıb.