Bu gün səhər saatlarında əvvəlki Ələt-Astara avtomobil yolunun Salyan rayonun Şorsulu kəndindən keçən 80-ci km-də xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə Biləsuvar rayon sakini idarə etdiyi VAZ-2107 markalı avtomobillə Şorsulu kəndinin sakini olan 15 yaşlı velosipedçi Ruslan Allahverdi oğlu Əsgərovu vurulub. Hadisə nəticəsində xəsarət alan veliosipedçi Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilib.
Faktla bağlı araşdırma aparılır.