Bu gün yerli vaxtla saat 14:06-da Zaqatala stansiyasından 8 km qərbdə Zaqatala ərazisində 3,9 maqnitudalı zəlzələ qeydə alınıb.
APA-nın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, zəlzələ episentrdə 4 bal, yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.
***
saat 14.11
Bu gün saat 14.05-də Zaqatalada zəlzələ baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, zəlzələ 3 bal gücündə hiss edilib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.