Gecə üç piyada vuruldu: İkisi gənc, biri azyaşlıdır

Abşeronda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, qəza Xırdalan şəhərində qeydə alınıb.

596 saylı sərnişin avtobusu 2009-cu il təvəllüdlü Xudaverdiyev Əliabbas Arif oğlunu vurub.

Azyaşlı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Digər yol-nəqliyyat hadisəsi Binəqədi rayonunda baş verib.

7-ci mikrorayon ərazisində yolu keçmək istəyən 1996-cı il təvəllüdlü Səfərova Kamilla Əsədulla qızını maşın vurub.

Yaralı 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Qaradağ rayonunda da piyadanın yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Avtomobil yolu keçmək istəyən 1996-cı il təvəllüdlü Tağıyev İxtiyar Əhməd oğlunu vurub.

Yaralı 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktlarla bağlı polis tərəfindən araşdırma aparılır.