Xaçmazda ağır qəza: 2 ölü, 1 yaralı var

Xaçmazda iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

Azərtac xəbər verir ki, dekabrın 6-sı axşam saatlarında Gəndov-Yalama yolunun Xaçmaz rayonunun Çarxı kəndi ərazisindən keçən hissəsində qoşqulu yük maşını ilə "Lada Priora" markalı avtomobil toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan 1987-ci il təvəllüdlü Xaçmaz rayon Çarxı kənd sakini Əliyev Rəşid Elşad oğlu və 42 yaşlı Hüseynov Fariz Balazahid oğlu ölüb. Qəzada xəsarət alan 1980-ci il təvəllüdlü Əliyev Sadiq Əliverdi oğlu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.