Siyəzəndə 2020-ci ilin ilk günlərində bir-birinin ardınca intihar hadisələri baş verir.
Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, Siyəzən şəhərinin Tofiq İsmayılov küçəsi 53, mənzil 7-də yaşayan 1969-cu il təvəllüdlü Mübariz Ənvər oğlu Fətəliyev özünü yaşadığı 5 mərtəbəli çoxmənzilli binanın 4-cü mərtəbəsindən atıb. M.Fətəliyev dərhal Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılsa da, 51 yaşlı kişi orada ölüb.
Ailəli olan Mübariz Fətəliyevin özünü öldürməsi faktını Siyəzən Rayon Prokurorluğu araşdırır.
Başqa bir intihar hadisəsi isə Siyəzənin Yenikənd kəndində baş verib. 1994-cü il təvəllüdlü Bədirxan Vurğun oğlu Bədirxanov yaşadığı evdə sol saidinin aşağı vətər və damarlarını kəsərək özünə xəsarət yetirib. Dərhal Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılan B.Bədirxanovu xilas etmək mümkün olub. Amma vəziyyəti ağır olduğundan o, gecə ikən Bakıdakı xəstəxanaların birinə aparılıb.