Bu gün saat 14: 12 radələrində metronun “20 Yanvar” stansiyasında bir nəfər özünü qatar yoluna atıb.
Azvision.az -ın məlumatına görə, maşinist dərhal qatarı dayandırıb. Kimliyi məlum olmayan gənc oğlan qatar yolundan çıxarılaraq, hüquq mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov sayta açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, hadisə zamanı həmin şəxs xəsarət almayıb. Onun intihar məqsədilə özünü qatar yoluna atdığı dəqiq bilinmir.
Hazırda faktla bağlı araşdırma aparılır.