Bakıda ana 3 azyaşlı övladı ilə zəhərləndi: Xəstəxanaya yerləşdirildilər

Qobustan rayonunda bir ailə dəm qazından zəhərlənib.

Trend-in məlumatına görə, hadisə Qobustan şəhəri, M.Ə.Sabir küçəsi, ev 16-da baş verib.

Həmin evdə yaşayan, 1990-cı il təvəllüdlü Rəna Aslanova, övladları-2009-cu il təvəllüdlü Suvra Muradova, 2010-cu il təvəllüdlü Elçin Muradov və 2012-ci il təvəllüdlü Silarə Muradova yaşadıqları evin həyətindəki hamamda çimərkən dəm qazından zəhərləniblər. Ailə təcili Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq tibbi yardım göstərilib. Hazırda ailə üzvlərinin vəziyyəti normal qiymətləndirilir.