Zaqatalada evdə partlayış olub. Oxu.Az xəbər verir ki, hadisə şəhərin İmam Şamil küçəsində qeydə alınıb.
Belə ki, 92 yaşlı Ayşə Məmmədova özünə məxsus yaşayış evində qaz sobasını yandırmaq istəyən zaman anidən yanğınla müşahidə olunan partlayış baş verib.
Yanğın zamanı A.Məmmədova müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. O, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiririlib.
A.Məmmədovanın müalicəsinin davamı Bakı şəhərindəki xəstəxanaların birində aparılacaq. Qadının evdə tək yaşadığı bildirilir.