Sumqayıtda 48 yaşlı qadın dəm qazından boğulub


Sumqayıtda dəm qazından boğulma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 20-ci məhəlləsində həyət evlərindən birində qeydə alınıb.

Şəhər sakini 1972-ci il təvəllüdlü Musayeva İradə Mirəli qızı dəm qazından boğularaq ölüb. Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.