Bakıda fəhlə faciəli şəkildə vəfat etdi

Bakıda fəhlə faciəli şəkildə ölüb.

Oxu.Az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 4-cü qapı küçəsində yerləşən metal qırıntıları sexində qeydə alınıb.

Sözügedən sexdə fəhlə kimi çalışan, 1977-ci il təvəllüdlü Səlimov Zaur Qulu oğlu sexdə metal qırıntılarını yük maşınına yükləyərkən Nəcəfov Eldar Qədim oğlu “KamAZ” markalı nəqliyyat vasitəsini arxaya verib. Həmin vaxt Z.Səlimov yük maşınının altında qalaraq ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb.