Güclü külək şimal bölgəmizdə fəsadlara səbəb olub

Hava şəraiti nəqliyyat vasitələrinin hərəkətinə də mane olur

Səhər saatlarından əsən külək şimal bölgəsini iflic edib.
Sputnik Azərbaycan-ın verdiyi məlumata görə,  şimal bölgəsində güclü külək fəsadlara yol açıb. Belə ki, Xaçmaz şəhərində yerləşən 5 mərtəbəli binanın damını külək uçurub. Güclü külək nəqliyyat vasitələrinin hərəkətinə də maneə yaradıb.



Bundan başqa Xaçmazın 20-dən çox kəndində elektrik enerjisinin verilməsində problemlər yaranıb. Bunlar Dədəli, Palıdlı , Qusarçay kəndləridir. Eyni zamanda istirahət zonası olan Nabran kəndində də elektrik enerjisinin verilməsi dayandırılıb.