Bərdədə qadının amansız qətli: “Övladları olmayıb, əsas problemləri...”

Bərdə rayonunda qadının amansızlıqla qətlə yetirilməsinin təfərrüatı məlum olub.

Oxu.Az xəbər verir ki, rayonun Zümürxan kəndində kənd sakini 1962-ci il təvəllüdlü İbadova Tahirə Tofiq qızı yaşadığı evin mətbəxində baş nahiyəsindən aldığı bir neçə zərbədən ölüb.

Onun ölümündə həyat yoldaşı Vahid İbadov şübhəli bilinir.

Zümürxan kənd bələdiyyəsinin sədri Qürbət Nuriyev Oxu.Az-a deyib ki, Vahid usta işləyib:

“Tahirə ilə 10 ilə yaxındır ki, evlidir. Onların uşaqları olmayıb. Kasıblıqla yaşayırdılar. Əsas problemləri kasıblıq olub. Qadının səhhəti ilə bağlı bəzi problemləri vardı”.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.