Azərbaycanda daha bir dəhşətli cinayət: Qonşusunu güllələyib öldürdü

Oğuzda silahlı insident baş verib.  APA xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Kərimli kəndində qeydə alınıb.

Güllələnən şəxs hadisə yerində ölüb.

Öldürülən şəxsin 1965-ci il təvəllüdlü Elşən Füruddin oğlu Abdullayev olması müəyyən edilib.

O, qonşusu Məsumov Zərgəm Məmməd oğlu tərəfindən ov tüfəngi ilə güllələnib. 

İnsidentin təffərüatı hələlik məlum deyil.

Faktla bağlı araşdırmalar davam etdirilir.