Bakıda xəstə vərəm əleyhinə dispanserdə özünü bıçaqladı


Bakıda dispanserdə xəstə özünə bıçaq xəsarəti yetirib.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonu Zığ şosesində yerləşən 6 saylı Vərəm əleyhinə Dispanserdə qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Ağayev Cümşüd Hüseyn oğlu özünə bıçaq xəsarəti yetirib. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qaırnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.