Azərbaycanda gənc qadın zəhərlənib -SƏBƏB?

Qaxda 24 yaşlı qadın kimyəvi məhluldan zəhərlənib.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gecə saat 03:30 radələrində rayonun Turaclı kənd sakini, 24 yaşlı Əfsanə Rüfət qızı Orucova zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Aparılan müayinə və araşdırma zamanı məlum olub ki, Əfsanə Orucova yaşadığı ünvanda bilməyərəkdən “Net” adlanan kimyəvi yuyucu məhlul içib. Onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.