BMT-nin keçmiş baş katibi öldü

Perulu diplomat və BMT-nin keçmiş baş katibi Havyer Peres de Kuelyar 100 yaşında vəfat edib.
Lent.az RİA “Novosti”yə istinadla bildirir ki, bu barədə onun oğlu Fransisko Peres de Kuelyar məlumat yayıb.
Dəfn mərasimi şənbə günü Limadakı Presbítero Maestro qəbiristanlığında keçiriləcək.
Peres de Kuelyar 1920-ci il yanvarın 19-da anadan olub. O, 1982-1991-ci illərdə BMT-nin baş katibi postunu tutub.
Peres de Kuelyar 1995-ci ildə Perunun prezidenti postuna namizəd olub, 22 faiz səs toplayaraq uduzub.
O, fəaliyyəti dövründə təxminən 25 ölkənin mükafatları ilə təltif olunub.