Gəncədə gəlin evdəki pulları və uşağını götürüb yoxa çıxdı

Gəncə şəhərində evdən oğurluq olub.
Report-un xəbərinə görə, Gəncə şəhər sakini Y.İsmayılova polisə şikayət edib ki, gəlini, 40 yaşlı A.Muradxanova evdən 1 600 dollar və 5 min rus rublu oğurlayaraq, azyaşlı uşağı ilə birgə evi tərk edib.

Faktla bağlı araşdırma aparılır.