23 yaşlı rusiyalı futbolçu məşq zamanı öldü


Rusiyanın "Lokomotiv" (Moskva) klubunun yetirməsi İnnokenti Samoxvalov vəfat edib.

Klubun rəsmi saytının yaydığı məlumatda deyilir ki, 23 yaşlı futbolçunun halı məşq zamanı pisləşib və qəflətən ölüb. Faciənin dəqiq səbəbi araşdırılır.

Futbolçunun azyaşlı övladı olduğu deyilir.