ARB yayımını dayandırdı - Söyüşə görə


Bu gün ARB TV Milli Televiziya və Radio Şurasının qərarı ilə 6 saat müddətində yayımını dayandırıb. Lent.az -ın məlumatına görə, kanal saat 10:00-dan tamaşaçılarla vidalaşıb və 16 :00-da fəaliyyətini bərpa edəcək.

Xatırladaq ki, kanalın yayımının dayandırılmasına səbəb 18 aprel tarixində “Elgizlə izlə” proqramına telefonla qoşulan Xalq artisti Afaq Bəşirqızının qeyri-etik ifadələrə yol verməsi olub.