Azərbaycanda daha bir qanlı HADİSƏ: qadın qardaşını və anasını...

Ağsuda bıçaqlanma hadisəsi olub.
APA-nın məlumatına görə, hadisə rayonun Vidadi küçəsi, ev 31-də qeydə alınıb. Həmin mənzildə yaşayan rayon sakini, 46 yaşlı Müslim Cəbiyevi bacısı, 53 yaşlı Arzu Cəbiyeva bıçaqlayıb.
Araşdırmalar zamanı məlum olub ki, M. Cəbiyev sərxoş vəziyyətdə mənzilə daxil olub. Evdə ailə münaqişəsi zəminində mübahisə düşüb. Bu zaman A. Cəbiyeva qardaşını bıçaqlayıb. Hadisə zamanı A. Cəbiyevanın anası, 82 yaşlı Maya Cəbiyeva da xəsarət alıb.