Qubada ekskovator fəhləni vurub öldürdü


Quba rayonunda tikintidə ölüm hadisəsi olub.

Trend-in məlumatına görə, hadisə rayon ərazisində baş verib. Belə ki, Quba rayon sakini Rəsulov Tələt Mərifət oğlu idarə etdiyi ekskovatorla xəndək qazarkən orada fəhlə işləyən 1988-ci il təvəllüdlü Eldar Hüseynovu vurub. Hadissə nəticəsində E.Hüseynov ölüb.

Faktla bağlı Quba rayon Prokurorluğunda cinayət işi başlanıb.