Ermənistanda daha 3 nəfər koronavirusdan öldü

Ermənistanda son sutka ərzində 73 nəfər yeni növ koronavirusa yoluxub, 3 nəfər ölüb.
APA-nın xəbərinə görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 1596 nəfərə çatıb.

Koronavirusdan 728 nəfər sağalıb, 27 nəfər ölüb.