63 yaşlı kişi dəm qazından boğuldu

Xaçmazda 63 yaşlı kişi dəm qazından boğulub.
APA-nın məlumatına görə, hadisə şəhərin 28 may küçəsi, 7 saylı evdə baş verib.
Həmin evdə yaşayan, 1947-ci il təvəllüdlü Zeynalov Sabir Şahnəzər oğlu mənzilində dəm qazından boğularaq ölüb.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.