Kürdəmirdə sürücü avtomobildə yanaraq ölüb - FOTO


Kürdəmir rayonunda avtomobil yanıb. 

APA-nın yerli bürosunun xəbərinə görə, Bakı-Qazax avtomobil magistralının Kürdəmir rayonunun Xırdapay kəndindən keçən hissəsində “BMW” markalı maşın yoldan çıxaraq alışıb. 

Şahidlərin dediyinə görə, hələlik şəxsiyyəti məlum olmayan sürücü maşında yanaraq ölüb. Meyit FHN-in əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Fakt araşdırılır.