Şirvanda faciəli hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, şəhərin Naxçıvan küçəsində yerləşən fərdi yaşayış evində valideyn nəzarətindən yayınan 4 yaşlı uşağın üzərinə şkaf aşıb.
Kəllə-beyin travması və daxili orqanlarının əzilməsi nəticəsində uşaq vəfat edib.