Ot biçən texnika yeniyetməni xəstəxanalıq etdi

Yevlax rayonunda ot biçən texnikanın çarxı yeniyetməyə ağır xəsarət yetirib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Tanrıqulular kəndi ərazisində baş verib.

Belə ki, təqribən 11-12 yaşlı kənd sakini İbrahimov Əkbər Rauf oğlu naməlum şəraitdə qarın nahiyəsində ağır kəsik yarası alıb. Məlumata görə, yeniyetməni mexaniki ot biçən texnikanın kəsici hissələri yaralayıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.