Bakıda kişi və qadın intihar edib


Dünən və bu gün Bakının Yasamal rayonunda iki intihar hadisəsi baş verib.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.
Aprelin 28-də, saat 08:40 radələrində 1-ci Alatava küçəsində 1990-cı il təvəllüdlü Tarıverdiyev Natiq Elxan oğlu evində özünü asıb. Onu intihara təhrik edən səbəb hələlik müəyyən edilməyib.
Bununla yanaşı, N.Tarıverdiyevin arvadından boşanandan sonra depressiyaya düşərək intihar etməsi də istisna olunmur.
Aprelin 29-da, saat 11:30 radələrində Yeni Yasamal qəsəbəsində intihar hadisəsi qeydə alınıb.
1949-cu il təvəllüdlü Səmədzadə Fərqanə Hafiz qızı yaşadığı binanın doqquzuncu mərtəbəsindən düşərək ölüb. Onun intihar etdiyi güman edilir. Hazırda hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.
Hər iki faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.