Türkiyədə böyük ticarət mərkəzində güclü yanğın olub - VİDEO


 İstanbulda böyük ticarət mərkəzi yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, İstanbul Toptançılar Çarşısındakı  (İSTOÇ)  bir iş yerində yanğın baş verib.

Yanğın güclü olduğundan qarşısını anında almaq mümkün olmayıb, qısa zamanda ticarət mərkəzinin ərazisinə yayılıb.