Azərbaycanda gənci güllələyən şəxs məlum oldu - YENİLƏNİB

Şəmkirdə 29 yaşlı kişini qətlə yetirən şəsx məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisəni törədən şəxs 1977-ci il təvəllüdlü Süleymanov Etibardır.
Cinayəti törədən şəxsin tutulması istiqamətində əməliyyat axtarışlarına başlanıb.

***

20:04

Şəmkir rayonunda qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni yol kəndində qeydə alınıb.

Belə ki, 29 yaşlı Hüseynov Elçin güllələnərək qətlə yetirilib. Hadisənin başvermə səbəbləri araşdırılır.