Ucarda iki avtomobil toqquşub, xəsarət alanlar var

Ucarda iki avtomobil toqquşub.
Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, hadisə Göyçay-Ucar yolunun Alpoud kəndi ərazisindən keçən hissəsində baş verib. “VAZ 21099” markalı avtomobil “VAZ 2107” markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində “VAZ 2107” markalı avtomobilin sürücüsü Ucar rayon sakini Anar Süleymanov və sərnişini Rəhim Süleymanov, həmçinin “VAZ 21099” markalı avtomobilin sürücüsü Telçin Tarverdiyev və sərnişini Nəzakət Hacıyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. 
Faktla bağlı araşdırma aparılır.