Gəncə istintaq təcridxanasında saxlanılan şəxs qaşıq udub


Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında saxlanılan Həsənli Ayxan Şamil oğlu qaşıq udub.
APA-nın yerli bürosunun məlumatına görə, A. Həsənli dərhal xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.