Dağıstanda daha 2 tibb işçisi koronavirusdan öldü

 
Dağıstanın Buynaks şəhərində koronavirusa yoluxan daha 2 tibb işçisi – yerli uşaq xəstəxanasının baş həkimi və təcili yardım feldşeri vəfat edib.

Lent.az Lenta.ru-ya istinadla bildirir ki, bu barədə şəhərin rəhbəri İslamudin Nurqudaev özünün Instagram səhifəsində yazıb.

Onun sözlərinə görə, ölənlər baş həkim Marjanat Zaynutdinovna və feldşer Umraqil Aslanbekovnadır.

Mayın 18-də xəbər verilib ki, Dağıstanda koronavirus pandemiyasından 50-yə yaxın həkim ölüb. Respublikanın müftisi Əhməd Abdullayevin dediyinə görə, regionda koronavirusla bağlı vəziyyət çox çətindir, ölüm hallarının çox olmasının səbəbi isə xəstəxanlarda koronavirusa yoluxanlara yer olmamasıdır.

Rəsmi məlumata əsasən, Dağıstanda ümumilikdə 4455 koronavirusa yoluxma qeydə alınıb. 4161 nəfər sağalıb, 130 nəfər ölüb.