"Bayram günlərində 5 nəfər dərmandan zəhərlənib, 3 nəfər dərman mənşəli allergik reaksiya ilə Kliniki Tibbi Mərkəzə (KTM) müraciət edib".
Bunu APA-ya açıqlamasında Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Baş toksikoloq Azər Maqsudov deyib. O bildirib ki, dərman zəhərlənmələrindən ölüm halı qeydə alınmayıb.
Baş toksikoloq qeyd edib ki, bayram günlərində 5 nəfər spirtli içkidən zəhərlənmə şübhəsi ilə sərxoş halda KTM-ə gətirilib. Onlara rəy verildikdən sonra evə buraxılıblar. A.Maqsudovun sözlərinə görə, son günlərdə 1 nəfər Bakı sakini ilan sancmasından zəhərlənib.