Bayıl qəsəbəsində domino oynayanlar saxlanılıb - FOTO


Azərbaycanın iri rayon və şəhərlərində tətbiq edilən sərt karantin rejiminin qüvvəyə minməsinə baxmayaraq bəzi vətəndaşlar tərəfindən bu qaydalara əməl edilməməsi  hallarına rast gəlinməkdədir.

Daxili İşlər Nazirliyindən Sherg.az -a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən xidməti ərazidə yoxlama aparılan zaman Bayıl qəsəbəsində 11 nəfərin yaşayış ünvanlarını tərk edərək karantin qaydalarını zidd bir yerə toplaşıb “domino” oynadığı ortaya çıxıb. Həmin şəxslər saxlanılaraq bölməyə gətirilib. Onlardan ikisi məhkəmənin qərarı ilə 10 sutka inzibati qaydada həbs edilib. Digər şəxslər isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə ciddi cəzalandırılıblar.