Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 100 m2 olan mənzildə yataq dəsti yanıb.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
22:38
Bakının Nərimanov rayonunda binada yanğın baş verib.
Hadisə Gülarə Qədirbəyova küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzildə qeydə alınıb.
Məlumata görə, evdə təmir getdiyidən mənzildə heç kəs olmayıb. İlkin ehtimallara görə, yanğın qısaqapanma səbəbindən yaranıb.
Əraziyə FHN-in Nərimanov Rayonu üzrə Dövlət Yanğından Mühafizə Xidmətinin 3 texnikası və canlı qüvvəsi cəlb olunub.
Mənzildə olan çarpayı və digər yanar konstruksiyalar yanaraq yararsız hala düşüb.
Alov söndürülüb. Yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb.
Yağın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.