Qadın dərmandan zəhərləndi

Göygöldə zəhərlənmə hadisəsi olub.
APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini, 1995-ci il təvəllüdlü Vəliyeva Nərmin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 25 yaşlı qadın dərmandan zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.