Türkiyədə terror: 2 nəfər ölüb, 8 nəfər yaralanıb

Türkiyənin Vanın Çatlak rayonu ilə Siirtin Pervari rayonları arasında yerləşən Belbuka bölgəsində terror aktı törədilib, 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Van Valiliyi məlumat yayıb.

Bildirlib ki, həmin ərazidə yol işçilərini daşıyan nəqliyyat vasitəsi partlayışa məruz qalıb. Belə ki, PKK terror təşkilatının öncədən yola döşədiyi bomba partlayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.