13 ildir “itmiş” təyyarə tapıldı, sahibi “bizim deyil” deyirdi

120 min dollar park haqqını ödəyərək oradan çıxartdılar

Hindistanın Kolkata şəhərində, apronun kənarında illərdir atılmış Boeing 737-200 təyyarəsi aşkarlanıb. Araşdırmalar göstərib ki, bu, “Air India”nın 13 ildir axtardığı “itmiş” təyyarədir.

Sherg.az xəbər verir ki, təyyarə ilk olaraq şirkət tərəfindən “bizim deyil” deyə rədd edilsə də, həqiqət ortaya çıxıb. Havayolu şirkəti təyyarənin mülkiyyətini təsdiqlədikdən sonra, havalimanı tərəfindən tələb olunan 10 milyon rupi (təxminən 120 min dollar) park haqqını ödəyərək təyyarəni çıxartdı.

Təyyarə hazırda hava texniki təlim platforması kimi Bengaluru şəhərinə daşınıb. Oxşar hadisələr dünyanın müxtəlif hava limanlarında da baş verib, o cümlədən Türkiyənin Ərzurum Havalimanında 11 il park edilmiş yük təyyarəsi nümunəsi var.