Yol çəkilişi zamanı qaz borusu partladı: yaralılar var

Tovuz rayonunda yol çəkilişi zamanı qaz borusu partlayıb, yaralılar var.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Xatınlı kəndinin yaxınlığında qeydə alınıb.
Belə ki, yol çəkilişi zamanı qaz borusu partlayıb, iki nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onlardan birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.